“Barcelona”nın sabiq futbolçusu baş məşqçi kimi fəaliyyət göstərəcək - FOTO

  • Müəllif: admin
  • 03 Fevral 2018 09:15

“Barselona”nın sabiq futbolçusu Ronald Kuman Niderland yığmasının baş məşqçisi olacaq.

Gununsesi.info xəbər verir ki, Niderland futbol federasiyasının başçısı Erik Qudde R.Kumanı adıçəkilən posta ən yaxşı namizəd adlandırıb.

Məlumata görə, R.Kumanın köməkçiləri də artıq müəyyənləşib. 55 yaşlı mütəxəssisə Niko-Yan Hooqma və Alois Venker kömək edəcək.

Qeyd edək ki, Ronald Kuman müxtəlif illərdə “Ayaks”, “Benfika”, PSV, “Valensiya”, “Feyenord”, “Sauthempton”, “Everton” klublarını çalışdırıb.

Gununsesi.info