İstanbulun Şişli rayonunda fəaliyyət göstərən gecə əyləncə məkanlarından birinə polis tərəfindən reyd keçirilib.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Əxlaq Bürosunun əməkdaşlarının keçirdiyi əməliyyat zamanı iş icazəsi və sosial təminat qeydiyyatı olmadan hostes kimi çalışan 12 xarici ölkə vətəndaşı müəyyən edilərək barələrində qanunauyğun tədbirlər görülüb.
Araşdırma zamanı həmin qadınların Türkiyəyə turist kimi daxil olduqları müəyyən edilib. Onlarla bağlı inzibati icraata başlanıldığı, hadisə üzrə araşdırmanın davam etdiyi bildirilib.
Əməliyyatın görüntülərində polis əməkdaşlarının gecə klubunda yoxlama apardığı, daha sonra saxlanılan qadınların binadan çıxarılaraq polis nəqliyyat vasitələrinə mindirildiyi əks olunub. Görüntülərdə qadınların üzlərini gizlətməyə çalışdığı da görünür.
@gununsesi.info İstanbulun Şişli rayonunda fəaliyyət göstərən gecə əyləncə məkanlarından birinə polis tərəfindən reyd keçirilib. Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Əxlaq Bürosunun əməkdaşlarının keçirdiyi əməliyyat zamanı iş icazəsi və sosial təminat qeydiyyatı olmadan hostes kimi çalışan 12 xarici ölkə vətəndaşı müəyyən edilərək barələrində qanunauyğun tədbirlər görülüb. Araşdırma zamanı həmin qadınların Türkiyəyə turist kimi daxil olduqları müəyyən edilib. Onlarla bağlı inzibati icraata başlanıldığı, hadisə üzrə araşdırmanın davam etdiyi bildirilib. Əməliyyatın görüntülərində polis əməkdaşlarının gecə klubunda yoxlama apardığı, daha sonra saxlanılan qadınların binadan çıxarılaraq polis nəqliyyat vasitələrinə mindirildiyi əks olunub. Görüntülərdə qadınların üzlərini gizlətməyə çalışdığı da görünür. #news #xəbər #xeber
Günay












