İstanbuldakı terakta görə 35 nəfər saxlanılıb

  • By admin
  • 12 Yanvar 2017 22:06

terror

 

Dekabrın 31-də İstanbul şəhərində “Reina” gecə klubunda 39 nəfərin ölümü, 65 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə bağlı saxlanılan şəxslərin sayı artıb.

Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Şöbəsinin teraktla əlaqədar apardığı istintaq tədbirləri çərçivəsində 35 nəfər saxlanılıb.

Qeyd edək ki, “Reina”dakı terror aktını özbək əsilli Əbdülqədir Maşaripovun törətdiyi bildirilir. Terrorçunun axtarışları davam etdirilir.

 

Gununsesi.info