Rusiya və Türkiyə arasında memorandum imzalanıb

  • By admin
  • 12 Yanvar 2017 22:25

teyyare

 

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, memorandum Rusiya Müdafiə Nazirliyində Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.

Sənəddə həmçinin terrorçuların obyektlərinə zərbələr endirilərkən Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələrinin koordinasiyası və qarşılıqlı fəaliyyətinin mexanizmləri müəyyənləşdirilib.

Gununsesi.info