
Sərdar Cəlaloğlu: “Müxalifət məni dəstəkləyəndə nə olar ki…”
Növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin irəli sürülmə prosesi davam edir. Artıq 15-dən artıq şəxs bunun üçün Mərkəzi seçki Komissiyasına (MSK) müraciət edib. Bunlar arasında Azərbaycanın radikal hesab edilən qanadından ADP sədri Sərdar Cəlaloğlu namizədliyini irəli sürüb və MSK-nın onun namizdəliyinin irəli sürlüməsini qeydə alaraq, prezidentliyə namizəd kimi qeydə alınması üçün imza vərəqələrini verib.
Əgər namizədlikləri qeydə alınarsa növbədənkənar prezident seçkilərində müxalifət düşərgəsinini ADP sədri Sərdar Cəlaloğlu, BAXCP sədri, milət vəkili Qüdrət Həsənquliyev və VİP sədri Əli Əliyev təmsil edəcək.
Seçki öncəsi vəziyyəti və seçkidə iştirak etməyən müxalifət partiyalarının digər müxalifət təmsilçilərinin dəsətkləməsi və müxalifətin orada olmamasının səbəbləri ilə ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.
ADP sədri Sərdar Cəlaloğlu Gununsesi.info-ya açıqlamasında ilk olaraq imzatoplama kampaniyasının gedişi barədə məlumat verərək bildirib ki, imzatoplama kampaniyasına ciddi hazırlıq işləri gedib və bu prosesə 200-dək insan cəlb edilib. “Artıq imza vərəqələri paylanıb və 60-dan artıq Seçki Dairəsindən imza toplanmasına start verilib. Biz qısa zamanda və qanunvericiliyin tələblərinə uyğun qaydada imzaları toplayıb MSK-ya təqdim etmək niyyətindəyik”- deyə, ADP sədri bildirib.
15-dək siyasi partiyaya müraciət etdim…
SAĞ OLSUN BİR NEÇƏ PARTİYA İMZATOPLAMA KAMPANİYASINA QOŞULUB
S. Cəlaloğlu imzatoplama kampaniyasında digər müxalifət partiyalarının da iştirakını təmin edib, bu prosesi bir ümumimüxalifət aksiyasına çevirmək məqsədi ilə 15-dək siyasi partiyaya müraciət etdiyini vurğulayıb: “Bir sıra siyasi partiyalar mənim bu müraciətimə müsbət reaksiya verərək bu, prosesdə aktiv iştirak edir. Onlar da imza vərəqələri alaraq imza toplamağa başlayıblar. Odur ki, imzatoplama kampaniyasında hər hansı problem yoxdur”.
MƏQSƏDİM İMZATOPLAMA KAMPANİYASINI ÜMUMMÜXALİFƏT AKSİYASINA ÇEVİRMƏK İDİ…
İmzatoplama kampaniyasında iştirak etmək istəməyən partiyaların mövqeyinə gəldikdə S. Cəlaloğlu deyib ki, mənim ümumiyyətlə bun ehtiyacım yox idi. “Onsuz da biz imzatoplama kampaniyasına yetərincə qüvvə cəlb etmişik. Sadəcə bu prosesin ümumimüxalifət aksiyasına çevirmək, müxalifətin canlaması naminə etmək məqsədi güdürdüm. O baxımdan da 15-dək siyasi partiyaya müraciət etdim. Sağ olsunlar bir neçəsi qoşuldu.
QATILMAYANLAR DEDİ Kİ,VERDİYİMİZ QƏRARIN ÜSTÜNDƏN SU İÇƏ BİLMƏRİK
Məni dəstəkləyəndə nə olarki…
Qatılmayanlar isə bildirdilər ki, seçki ilə bağlı qərar vermişik və bu qərarın üstündən su içə bilmərik. Dedim ki, özünüz bilin.Mən demirəm ki, çıxın açıq formada cəmiyyətə ADP sədri Sərdar Cəlaloğlunu müdafiə etmək çağırışı edin və ya qərar verin. Gəl mənə dəstək ver. Mən də bilim ki, sən mənim işimdə iştirak edirsən. Bəs necə olur, sən iştirak edəndə mən sənə dəstək verə bilirdim və yaxud hansısa prosesə qoşulanda yanında ola bilirdim, müdafiə edirdim. İndi məni dəstəkləyəndə nə olar ki…
O zaman mən dəstəkləyirdim indi də Siz dəstəkləyin….
2013-cü ildə keçirilən prezident seçkilərində də namizəd kimi iştirak edirdim və o zaman Milli Şuranın namizədi Cəmil Həsənli də… Cəmil müəllimbir mövqe sərgiləyən də mən də eyni düşərgənin təmsilçisi kimi onun mövqeyini dəstəkləyirdim, ona olan təqiblərin qarşısını almaq üçün mövqe sərgiləməli olurdum. Halbuki mən də bir namizəd kimi öz mövqeyini sərgiləyə bilərdim. lakin onu müdafiə edirdim. Məgər bu mənim borcum idi?! Mən də bir alternativ namizəd idim . Lakin müxalifətçilik mövqeyim, vicdanım, qeyrətim yol vermirdi ki, ona qarşı olan hücumlara susum. İndi bir halda ki, getmirsinizsə, o zaman kənardan dəstək ver, məni dəstəkləyin… bax belədir vəziyyət. Görək nə olur”-deyə, ADP sədri bildirib.
Müxalifətçilik vicdanım yol vermirdi ki, Cəmil bəyə qarşı haqsızlıqlara dözüm…
Mühacirətdə olan müsavatçı Eldəniz Yusibov yaranmış situasiyada Azərbaycan müxalifətinin vahid namizədi kimi ADP sədrinin namizədini dəsətkləməsi təklifinə, ümumiyyətlə müxalifət partiyalarla bu istiqamətdə danışqıların getməsi məsələsinə gəldikdə S. Cəlaloğlu deyib ki, mən hələ növbədənkənar seçkilərlə bağlı qərar verildikdən sonra VHP qərargahında müxalifətin birgə toplantısında da mövqeyimi bildirdim: “Hansı ki, həmin toplantıda demək olar bütün müxalifət liderləri ;- İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Pənah Hüseyn, İqbal Ağazadə, Əli Əliyev və digərləri iştirak edirdi.Orada təklif etdim ki, gəlin vahid mövqedən çıxış edək. Və o zaman birmənalı olaraq heç kim vahid mövqedən çıxış etmək barədə razılığa gəlmədi. Bildirdilər ki, kim necə istəyir, elə də qərar versin.indi biri boykot,digəri iştirak qəararı verib. ADP-də seçkidə iştirakla bağlı qərar verib. İndi də çoxları deyir ki, ADP niyə seçkidə iştriakla bağlı qərar verib və bizi qəbul etdiyimiz qərara görə qınayırlar”.
ELÇİBƏY DEDİ Kİ, ETİBAR BƏYİ DƏSTƏKLƏYƏK… QOY O, UĞUR QAZANSIN…
S. Cəlaloğlu belə vəziyyətlə bağlı müxalifətin 1998-ci ildə üzləşdiyi situasiyanı yada salaraq deyib ki, o zaman AMİP lideri Etibar Məmmədov seçkidə iştirak edirdi, yerdə qalan müxalifət isə boykot edirdi: “O zaman Əbülfəz Elçibəy belə bir təkliflə çıxış etdi ki, gəlin Etibar bəyə dəstək verək, o, uğur qazansın. Biz də boykotu davam etdirək. Elçibəy onu da bildirdi ki, bununla dünya birliyi də görəcək ki, müxalifətin seçkidə iştirak edən nümayəndəsi də ciddi uğur əldə edib. İştirak etməyən hissəsi də güclüdür . Beynəlxalq aləm də müxalifətin hakmiyyətə gəlmək və iqtidarda ola biləcəyini qəbul edər. Məhz Elçibəyin bu təklifindən sonra ADP AMİP-in namizədini dəstəkləməyə başladı və bu prosesdə aktiv iştirak etdi”.
İndi də mən nazmidəliyimi vermişəm digərləri yox…
O əlavə edib ki, indi biz də seçkidə iştirak barədə qərar vermişik: “Mən öz namizədliyimi vermişəm, digərləri yox. Həmin partiyalar mənim namizədliyimi müdafiə etsələr də sağ olsunlar, etməsələr də… Məni necə qəbul edib-etməmələrindən asılı olmayaraq, əgər namizədliyim qeydə alınarsa, onsuz da mən Azərbaycan müxalifətinin adından çıxış edib, onların mövqeyindən çıxış edəcəyəm”.
BİR ARAYAGƏLƏ BİLMƏDİRLƏR…
…YANLIŞ DÜŞÜNCƏDƏDİRLƏR…
S.Cəlaloğluonu da qeyd edib ki, ADP-nin bir çox fundamental məsələlərdə digər müxalifət partiyalarından ciddi fərqi var: “ Bu da ondan ibarətdir ki, Azərbaycanın gələcəyi, ölkə ətrafında baş verən proseslər,xarici amillər məsələsində, eyni zamanda siyasi partiyalar arasındakı münasibətlərin qurulmasını onlardan fərqli görürük. Və bu fərqlilik onları narahat edir. Bilmirəm ya anlamırlar, ya da qəsdən anlamaq istəmirlər. Şəxsən mən düşünürəm ki. iqtidarla müxalifət düşmən olmamalıdır və bu mövqeyimi mən hələ 1988-ci ildən sərgiləmişəm. O zaman SSRİ adlı bir dövlət var idi, orada müxtəlif respublikalar və xalqlar yaşayırdı.
İqtidarla müxalifət düşmən olmamalıdır…
Fərqli mövqelər sərgilənirdi. Totalitar bir idarəetmə sistemi mövcud idi. indi isə müstəqil dövlətik. İndi isə siyasi proseslərə, hakimiyyət- müxalifət məsələsində fərqli yanaşmalar, baxışlar olmalıdır. Biz bir-birimizə qarşı düşmən ola bilmərik. Bu yanlış düşüncədir. Biz müstəqil dövlət olduğumuzdan bir sıra məsələlərdə iqtidar-müxalifət arasında həmrəylik olmalıdır. Buna ehtiyac var. Baxın, Türkiyədə dövlətçiliyə təhdid olduğundan millətçi və radikal müxalifətdə olan bir partiya hakimiyyətin namzidəini dəstəkləmək barədə qəarar verib. Çünki bilirlər ki, dövləti təhlükə gözləyir. Milli, dövlətçilik maraqları naminə hakimiyyətin namizdəini dəstəkləyirlər. Məgər onların hakimiyyətin namizədin iradları yoxdur?! Var! Amma dövlətə təhlükə böyük olduğundan bəzi məsələlərin üzərindən yan keçməli olurlar. azərbaycanda seçkilər normal keçsə belə, kim təminat verə bilər ki, sabah bizi nə gözləyir. hansı xarici təhlükələr ola bilər. Baxmayaraq ki, seçkiöncəsi belə təhlükələr gözlənilmir. Amma seçkidən sonra belə hadisələr ola bilər və biz belə hallara hazır olmalıyıq. lazım olanda hakimiyyətə həmrəylik nümayiş etdirməliyik. Ona görə də belə mürəkəb vəziyyətlərdə daxili münasibətləri yumşaltmaq lazımdır. Lakin biz bunun əksinin şahidi oluruq. Hansısa qüvvələr vəziyyəti daha da mürəkkəbləşdirir.
RUSİYA AZƏRBAYCANA TƏZYİQ EDƏNDƏ SEÇKİLƏRƏ QATILIRDILAR, ETMƏYƏNDƏ İSƏ YOX… BUNUN SƏBƏBİ NƏDİR. BURADA HANSI ƏLAQƏ GÖRÜNMÜRMÜ ?
Müxalfətin bu seçkilərə qatılmaması ilə bağlı bir şeyi diqqətinizə çatdırım. Ötən prezident seçkilərlə bu seçkilər arasında hansı fərq var ki, müxalifət qatılmadı. Ötən seçkilərdə Rusiya Azərbaycana təzyiq edirdi. “Milyaderlər İttifaqı” yaratmaqla Azərbaycan hakimiyyətinə təzyiq edirdi. daxildən də müxalifət eyni təzyiqi edərək, Rusiya ilə eyni oyunu oynayırdı. İndi Rusiyanın təzyiqi yoxdu, başı öz seçkilərinə qarışıb. Amma müxalifət seçkiyə getmir. Səbəbi nədir? Burada hansısa əlaqə varmı ya yox? Yəni Rusiyanın kənardan təzyiqi, daxildən də müxalifətin. Təzyiq olmayanda isə müxalifət deyir ki, mənə seçki lazım deyil. Əksinə, məntiqlə özünü demokratik , milli qüvvə sayan müxalifət seçkilərə qatılmalı idi. lakin 180 dərəcə fərqli mövqe sərgiləyirlər və seçkiyə getmirlər. Çünki Azərbaycan hakimiyyətinə xarici təzyiq yoxdur.
O baxımdan Azərbaycanda çox ciddi oyunlar gedir. Boykot edənlər də xalqı çaşdırır. Gedənləri xain adlandırır. Amma onlar nəyin fərqində olduqlarını yaxşı bilmirlər. Analiz etsələr hər şey ortaya çıxar”.
ADP sədri deyib ki,hakimiyyətə gəlməyin iki yolu var- biri seçki, digəri silahlı: “Sən seçki yolu ilə hakimiyyəti dəyişmək istəmirsən. Onda sual olunur hansı yolla hakimiyyətə gəlmək istəyirsən? Boykot da uğurlu taktika deyil. Bunun üçün yetərli gücə sahib deyilsən”.
PREZİDENT SEÇKİLƏRİN QATILMAYANLAR PARLAMENT SEÇKİLƏRİN QATILACAQLAR….
ÇÜNKİ ORADA BAZARLIQ İMKANI VAR
Boykot taktikası seçən qüvvələrin məqsədini açıqlayan S. Cəlaloğlu deyib ki,bu gün prezident seçkilərinə qatılmayan və boykot taktikasını seçənlər, sabah növbədənkənar parlametn seçkilərinə qatılacaqlar: “Onda sual olunur, xeyr ola(?) prezident seçkilərinə yox, parlament seçkilərinə qatılırsınız.- bunun nə fərqi var? Nə dəyişib ki?! Çünki müxalifət hakimiyyətlə bazarlğa gedə bilmir. Amma parlament seçkilərində bazarlıq ola bilər. Bazarlığa gedib parlamentdə yer almaq olar. Ona görə də parlament seçkilərinə gedəcəklər. Bax səbəb budur. Məntiqlə iştirak etmirsənsə hər ikisində iştirak etmə. Hər ikisi növbədənkənardır. Müxalifət bunu nəzərə almalıdır”.
SEÇKİYƏ QATILIB, PUL XƏRCLƏMƏK İSTƏMİRDİM…
S. Cəlaloğlu onu da deyib ki, əslində seçkilərə qatılmaq istəmirdim, başqa hansısa namizədi dəstəkləmək idi fikirdə: “Ancaq müxalifətin bu mövqeyini görüb məcbur qaydada qərar verdik. Həm də başqasını dəstəkləməklə pul xərcləmək istəmirdim. Amma onlar seçkiyə getmədi. Hakimiyyəti də döyüş döşəkçəsində olduğu kimi təkbaşına qalib buraxmaq olmaz. İştirak etməklə bacardığım qədər müqavimət göstərəcəm.İştirakımla müxalifətin mövcudluğunu sübut edəcəyəm. Çünki seçki yeganə şansdır ki, müxalifət öz sözünü xalqa çatdıra bilir və bu imkandan yararlanmalıyıq”.
Mürtəza Bünyadlı
Gununsesi.info












