İsveç Ukrayna hərbçilərinə təlim keçəcək

  • By admin
  • 07 Avqust 2022 20:46

İsveç Silahlı Qüvvələri Ukrayna hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyaya 120-dək təlimçi göndərəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

Hərbçilər 2022-ci il avqustun 12-dən dekabrın 31-dək təlim keçəcəklər. İngiltərədə eyni vaxtda olacaq təlimçilərin sayı 60 nəfəri keçməyəcək.

Ümumilikdə 10 minə yaxın Ukrayna vətəndaşı Böyük Britaniyada təlimlərdə iştirak edəcək. 

İyunun əvvəlində İsveç hakimiyyəti Ukraynaya 102 milyon dollar məbləğində əlavə maliyyə yardımı ayırıb. Bundan əlavə, Ukrayna bu ölkədən gəmi əleyhinə raketlər və tank əleyhinə buraxılış qurğuları alıb.

Gununsesi.info