İsveçdə 15 maşın yandırıldı

  • By admin
  • 18 Sentyabr 2016 16:18

2cfbb93225928f3c247c5c639038cbbe

 

Ötən gecə İsveçin Malmö şəhərində ən azı 15 avtomobil yandırılıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İsveçin “Sydswenskan” qəzeti məlumat yayıb.

Polis avtomobilləri yandırmaqda şübhəli sayılan bir nəfəri yaxalayıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, yay başlayandan indiyə qədər Malmö şəhərində 110 avtomobil yandırılıb.

 

Gununsesi.info