İsveçdə koronavirus qurbanlarının sayı 5,5 minə çatdı

  • By admin
  • 09 İyul 2020 22:12

İsveçdə koronavirus infeksiyası ilə əlaqədar ölüm hallarının sayı 5,5 minə çatıb.

Gununsesi.org xəbər verir ki, ölkədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 74 min 333-ə çatıb. Qeyd olunub ki, 2 470 yoluxmuş xəstəyə intensiv terapiya tələb olunub.

Qeyd edək ki, İsveç hökuməti digər ölkələrdən fərqli olaraq, lokdaun elan etməyib və virusun yayılması ilə mübarizə üçün daha yumşaq tədbirlər seçib. Belə yanaşma həm ölkə daxilində, həm də xaricdə heç də birmənalı olmayan reaksiyalara və tənqidlərə səbəb olub.

 

 

Gununsesi.org