İsveçrədə qəza TƏHLÜKƏSİ: 400 nəfər evakuasiya olundu

  • By admin
  • 22 İyun 2018 10:48
 

İsveçrədə Piz Gloria dağında funikulyorda texniki nasazlıq səbəbindən 400 nəfər dəniz səviyyəsindən 3048 metr yüksəklikdə qalıb.

Gununsesi.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, xarab olan funikulyordan insanlar helikopterlər vasitəsi ilə evakuasiya edilib.

Funikulyor insanları dağ zirvəsində yerləşən fırlanan restorana aparırmış.

Xarab olan funikulyordan insanlar 4 helikopter vasitəsi ilə Mürren dağ-xizək kurortuna evakuasiya edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.