İtaliya klubu “Qızıl buts”u qazanan futbolçunun müqaviləsini uzadacaq

  • By admin
  • 11 Avqust 2020 15:47

İtaliyanın “Latsio” klubu futbolçusu Çiro İmmobile ilə müqavilənin müddətini uzadacaq. 

Gununsesi.info-nun məlumatına görə, 30 yaşlı hücumçu bu barədə “Corriere dello Sport” nəşrinə açıqlama verib.

İtaliyalı forvard üzünü əbədi olaraq Roma təmsilçisinə həsr etmək niyyətində olduğunu bildirib. İmmabile müqaviləsinin daha üç il uzadılacağını və yeni sözləşmənin 2025-ci ildə başa çatacağını söyləyib.

Qeyd edək ki, Çiro İmmobile 2016-cı ildən “Latsio”da çıxış edir. O, 2019/2020 mövsümündə 36 qolla A Seriyasının bombardiiri olub və “Qızıl buts”u qazanıb.

 

 

Gununsesi.info