İtaliya polisi rus milyarderin villasına həbs qoydu

  • By admin
  • 19 Mart 2022 14:14

İtaliyanın hüquq-mühafizə orqanları Sardiniyada rusiyalı milyarder Aleksey Mordaşova məxsus villaya həbs qoyub.

Gununsesi.info xəbər verir ki, Olbia şəhərində yerləşən villanın dəyəri 105 milyon avrodur. Martın əvvəlində İtaliya polisi Mordaşovun 65 milyon avroluq yaxtasına da həbs qoymuşdu.

“Severstal”ın əsas sahibi Aleksey Mordaşov Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Gununsesi.info