İtaliyada vəfat edən həmyerlimizin nəşi orada qalıb - XİN-dən KÖMƏK İSTƏNİLİR

  • By Admin2
  • 13 İyul 2026 11:01

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əzizov Akşin Şamil oğlu İtaliyanın Latisana şəhərində vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı yayılan məlumatlarda bildirilir ki, mərhumun həyat yoldaşı Leyla Mayilova və  üç azyaşlı övladı ilə çətin vəziyyətdə qalıb.

Belə ki, onlar Azərbaycan vətəndaşı olan Akşinin nəşinin ölkəyə gətirilməsi üçün İtaliyadakı səfirlikdən kömək ala bilmir:

Leyla Mayılova Gununsesi.info vasitəsilə Azərbaycan hökumətindən dəstək istədiklərini deyib:

”Üç körpə uşaqla qalmışam. Bilmirəm, nə edim. Buradakı azərbaycanlılar  səfirliyə məlumat verib. amma xəbər yoxdur”, -deyə o bildirib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən cavab öyrənməyə çalışacağıq.

Orxan

Gununsesi.info