İtaliyalı modelyer koronavirusa görə özəl çimərlik geyimi hazırladı - FOTOLAR / VİDEO

  • By admin
  • 19 May 2020 10:55

İtaliyada zarafatla hazırlanmış “trikini” adlı çimərlik geyimi sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Sondakika.com məlumat yayıb.

İtaliyalı modelyer Tiziyana Skaramuzzo iki hissəli çimərlik geyimlərinə (bikini) üçüncü elementi əlavə edib. Bikiniyə onunla eyni rəngdə qoruyucu maska əlavə edilməsi nəticəsində “trikini” ortaya çıxıb.

T.Skaramuzzo zarafatla hazırladığı əl işinə marağın böyük olduğunu qeyd edib.

Gununsesi.org