İtkin düşən 35 yaşlı kişinin meyiti tapılıb - ONU TİMSAH PARÇALAYIB

  • By admin
  • 20 Mart 2017 10:10

timsah

Avstraliyanın hüquq-mühafizə orqanları martın 20-də çay sahilində ötən şənbə günü balıq tutmaq adı ilə evdən çıxan və itkin düşən 35 yaşlı kişinin meyitini aşkar ediblər. 

Gununsesi.info bildirir ki,  polisin fərziyyəsinə görə, yerli sakini timsah parçalayıb.

Hazırda uzunluğu təqribən 4 metr olan sürünənin axtarışları davam etdirilir.

Martın 19-da həmin ərazidə timsah 18 yaşlı gəncə hücum edərək onun əlini dişləyib.

Gununsesi.info