Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasının V qurultayı keçirilib.
“Report”un Gürcüstan burosu xəbər verir ki, qurultayda siyasi təşkilatın qurucusu Bidzina İvanişvili yekdilliklə hakim partiyanın sədri seçilib.
Qurultayda Siyasi Şuranın da üzvləri seçilib.
B.İvanişvili qurultayda çıxış edib, ölkənin ictimai-siyasi həyatında yeni dəyişikliklərin olacağını bildirib.