
Müğənni İzzət Bağırov sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.
Gununsesi.info-nun məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “10-dan sonra” verilişində bildirib ki, onu saç rəngləyib, qaş almaqda günahlandırırlar:
“Sosial şəbəkədə mənə yazırlar ki, “Bu da saçlarını rənglədi, bu da qaşlarını aldırır”. İndiyənə qədər bilmirəm bunlar nə olan şeydir. Kim başına tük əkdirir, rəng qoydurur, əməliyyat etdirirsə, şəxsi işidir. Müğənnidir, səhnəyə çıxır, kompleksi var, əməliyyat etdirir, əcəb edir. Ola bilsin ki, mən də hansısa yaşda saçımın rəngi xoşuma gəlməz, rənglətdirərəm”.
Gununsesi.info












