Jan Klod Yunker: “Bu, AB-nin sonudur”

  • By admin
  • 24 İyun 2016 17:55

Juncker

 

Bu sözləri Avropa Komissiyasının sədri Jan-Klod Yunker Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı xəbərə münasibət bildirərkən deyib. Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, AB-nin tərkibində Böyük Britaniyanın üzvlük məsələsinə yenidən baxılması haqqında danışıqlar olmayacaq.

 

Xatırladaq ki, dünən baş tutan referendumda Böyük Britaniya əhalisinin böyük bir qismi Avropa Birliyindən çıxmağa səs verib.

Londonun ittifaqın tərkibində olmasını seçicilərin 48%-i istəyib.