Japarov Ərdoğanın dəvətilə Ankaraya gedir - Regional məsələlər masada

  • By admin
  • 09 İyun 2021 09:28

Qırğızıstan prezidenti Sadır Japarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə 9-11 iyun tarixlərində paytaxt Ankarada rəsmi səfərdə olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumatda deyilir.

Səfər çərçivəsində Ərdoğan və Japarovun həmsədrliyi ilə Türkiyə-Qırğızıstan V Yüksək Səviyyəli Strateji Şura Toplantısı keçiriləcək.

Əlaqədar nazirlərin də iştirak edəcəyi şura yığıncağında ikitərəfli əlaqələr bütün istiqamətləri və Qırğızıstanla strateji ortaqlıq münasibətlərini artırmaq üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Görüşlərdə regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.

Gununsesi.info