Jirinovski Sergey Lavrovun istefasını tələb etdi - "BU GÜN BAŞQA ADAM LAZIMDIR"

  • By admin
  • 04 Sentyabr 2017 15:40

f0e43f8316592dc5dda4db937165905d__1440x

LDPR lideri Vladimir Jirinovski bu gün yeni ilginc bəyantla çıxış edib.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, LDPR lideri Jiriniovski Rusiyanın dünyada gedən prosesləri nəzərə alaraq daha sərt  xarici siyasət yürütməsini tələb edib və bunun üçün də XİN başçısı Sergey Lavrovu dəyişdirməyi tələb edib.

“Beynəlxalq problemlər qaldığından biz daha sərt siyasətin yürüdülməsinin tərəfdarıyıq. Əgər mən prezident olsaydım, ilk növbədə xarici işlər nazirini dəyişərdim. Xarici işlər naziri artıq növbəti mərhələ üçün yaramır. Odur ki, bu gün başqa adam lazımdır və hesab edirəm həmin yeni şəxs bundan yaxşı olacaq”, deyə Jiriniovski bəyan edib.

“Yeni XİN başçısı kim ola bilər?” sualına gəldikdə isə Jirinovski sualdan yayınıb və ad çəkməyib.

Gununsesi.info