
Criminal.az saytının baş redaktoru Anar Məmmədova irəli sürülən ittiham üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində prosesin vaxtı bəlli olub.
Bu barədə Gununsesi.org-a açıqlamasında baş redaktor bildirib ki, Bakı Şəhər Prokurluğundan məhkəməyə göndərilən ittiham aktı ilə bağlı bir günün içərisində hakim təyin olunub və ona bildiriş gəlib: “Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Hər şey ildırım sürəti ilə gedir. Həbsimə sayılı günlər qalıb”..
Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Anar Məmmədov bu ittihamları qəbul etmir.
Qeyd edək ki, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd ilə bağlı olaylar zamanı bir neçə sayt bloklanıb və onların baş redaktorları şahid qismində prokurorluğa dəvət edilib. Anar məmmədov bə basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli sonradan təqsirləndirilən şəxs qismində cəlb olunub.
Gununsesi.org











