
Jurnalist Taleh Şahsuvarlı özünün facebook səhifəsində Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorunu rüşvətxorluqda ittiham edib. Gununsesi.info jurnalistin facebook statusunu təqdim edir:
“Qardaşım Mövsüm Novruz oğlu Şahsuvarov dünən Bədən tərbiyəsi və İdman Akademiyasında qabiliyyət imtahanı verib. İmtahan zamanı qaçış, məsafəyə tullanmaq və turnikdə dartınmaq üzrə üç normativ olub. Qaçış və məsafəyə tullanmaq üzrə normativlərin hər biri üzrə qardaşım müvafiq olaraq ilk və ikinci yeri tutub. Turnikdə isə normativ sayılan 11 dəfədən dəfələrlə çox çəkinib. Ancaq bu gün məlum olub ki, Mövsüm qabiliyyət imtahanından keçməyib”. Taleh Şahsuvarlı bildirib ki, o özü də dünən qabiliyyət imtahanı verərkən qardaşını tək qoymayıb: “Mən digər valideynlərlə yanaşı Akademiyanın həyətində gözləyirdim. Orada açıq bazar söhbətləri gedirdi. İndi o “açıq bazarı rektor Fuad Hacıyevin başına uçurtmaq mənə borc olsun”.