Jurnalistləri məntəqəni tərk etməyə heç kim məcbur edə bilməz

  • By admin
  • 11 Aprel 2018 09:32

“Hər kəs istənilən məsələ barədə MSK və qurumun qaynar xətti ilə əlaqə saxlaya bilər. Səsvermədə hər kəsin hüquqları gözlənilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri qeyd edib ki, axırıncı seçici məntəqəni tərk etdikdən sonra məntəqədə qapı bağlanmalıdır: “Seçki məntəqələri saat 7-də bağlanacaq. Məntəqədə olan müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz”.

Gununsesi.info