Cocuq Mərcanlı sakinləri öz kəndlərində səs verir - 24 İLDƏN SONRA

  • By admin
  • 11 Aprel 2018 09:28

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 24 ildən sonra səsvermə təşkil olunub.

Gununsesi.info xəbər verir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin yeni yaradılan 73 saylı məntəqədə səsvermə keçirilir. Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir.

Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-i 1993-cü ildən respublikanın 58 rayonunda fəaliyyət göstərir.

49788 seçicidən 49667 nəfəri məcburi köçkündür.

 

 

Gununsesi.info