Kəbənin üzərindəki örtük yuxarı qaldırılıb

  • By admin
  • 19 Avqust 2016 16:18

ortuk

Bu gün Kəbənin üstünə salınan xüsusi örtük 3 metr yuxarı qaldırılıb.

Gununsesi.info xəbər verir ki, hər il Zil-Hiccə ayının doqquzuna qədər Kəbənin üzərinə salınan xüsusi örtük yuxarı qaldırılır.14 metr hündürlüyündə 45 metr enində olan və 16 hissədən ibarət örtük Məkkədə bir fabrikdə təmiz ipəkdən hazırlanır, üzərinə qızıl saplarla toxunmuş Quran ayələri yazılır.

Qeyd edək ki, Kəbə örtüyü 16 hissədən ibarət olmaqla təxminən 6 milyon dollara başa gəlir.

Anar

Gununsesi.info