“Kəpəz” Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq

  • By admin
  • 12 İyul 2017 22:42

kapazzz

Gəncənin “Kəpəz” futbol klubu mövsüm öncəsi hazırlıq mərhələsinin ikinci hissəsini Türkiyədə keçirəcək.

Gununsesi.info xəbər verir ki, iyulun 15-dən 25-dək Ərzurumda təlim-məşq toplanışında olacaq “sarı-göylər” 3 yoxlama oyununa çıxacaq. Yoldaşlıq matçlarının təşkili ilə məşğul olan menecerlər tərəfindən Gəncə klubuna 7 rəqib təklif olunub. Bunlar “Samsunspor”, “Ərzurumspor”, “Hatayspor”, “Karacabəyspor”, “Urfaspor”, “Ankaragücü” və “Elazığspor” klublarıdır.

“Kəpəz”in məşqçilər korpusu müəyyən məsləhətləşmələrdən sonra yoxlama oyununda rəqib qismində görmək istədiyi klubların siyahısını menecerlərə təqdim edib.

Gununsesi.info