Kabulda xəstəxananın girişində partlayış törədilib

  • By admin
  • 12 May 2020 11:24

Əfqanıstanın paytaxtı Kabulda xəstəxanalardan birinin girişində törədilən partlayış nətəcəsində 4 dinc sakin xəsarət alıb.

Gununsesi.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı xəsətəxananın həkimi bildirib.

Bildirilib ki, terrorçu-kamikadze partlayıcı qurğunu xəstəxananın girişində işə salıb. Daha sonra hospitala silahlılar hücum edib.

Tibb işçilərinin bir hissəsi binanı tərk edə bilib.

Binada atışmanın baş verdiyi və silahlıların əl qumbarasından istifadə etdiyi bildirilib.

Məlumata görə, bu tibbi müəssisə “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilat tərəfindən dəstəklənir.

 

 

Gununsesi.org