Nyu-Yorkda 5 mindən çox ölümün səbəbi bilinmir

  • By admin
  • 12 May 2020 11:31

ABŞ-da koronavirusun episentri Nyu-Yorkda 5 mindən çox insanın ölüm səbəbinin qeydlərdə müəyyən edilmədiyi açıqlanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlama verib. Açıqlamada qeyd olunub ki, aparılan araşdırmaya görə 2020-ci il 11 mart və 2 may arası baş verən 32 107 ölüm halının 24 172-si gözləninlən normadan artıq olduğu, bunlardan 18 879-nun isə koronavirusla bağlı olduğu müəyyənləşdirilib. Geriyə qalan 5 293 ölümün virusla bağlı olub-olmadığı isə müəyyənləşdirilməyib.

“Bu əlavə ölümlərin COVID-19 ilə birbaşa və ya dolayı əlaqəsi olub-olmadığı məlum deyil və bununla bağlı daha çox araşdırmaya ehtiyac var”,- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, ABŞ-ın Nyu-York ştatında 347 151 insan koronavirusa yoluxub,  27 003 nəfər xəstəlik səbəbindən həyatını itirib.

 

 

Gununsesi.org