Kadırov Putinə müraciət etdi: “Yalvarıram, əmr verin!”

  • By admin
  • 04 Mart 2022 10:41

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən əsgərlərə Xarkov, Kiyev və Ukraynanın digər şəhərlərini tutmağı əmr etməyi xahiş edib.

“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, dəqiq və səmərəli şəkildə ələ keçirsinlər. Yoldaş Prezident, yoldaş Ali Baş Komandan, mən sizin üçün canımı verməyə hazıram. Amma mənim və bizim döyüşçülərin, müdafiə nazirliklərinin, Milli Qvardiyanın və digər strukturların necə həlak olduğunu izləyə bilmirəm. Yalvarıram ki, gözlərinizi yumun və orada baş verən hər şey bir-iki günə bitsin”.

Gununsesi.info-nun məlumatına görə, R.Kadırov bunu Teleqram kanalında yazıb.

O, Ukraynadakı vəziyyəti Rusiya üçün təhlükə adlandırıb və qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün aparılan danışıqlar yaxşıdır: “Lakin indi qardaşlarımız, qohumlarımız və dostlarımız çox az adamın lazımi diqqət yetirdiyi hərbi əməliyyatlar səbəbindən ölür”.

Gununsesi.info