Türkiyədə hərbçilər qəzaya düşdü - Ölən və yaralılar var

  • By admin
  • 04 Mart 2022 10:59

Türkiyədə hərbçiləri aparan mikroavtobus qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, Tokat vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir hərbçi həlak olub, üçü xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Gununsesi.info