Kaliforniyada koronavirus təşviş yaratdı: Qubernator qadağa gətirdi

  • Müəllif: admin
  • 13 Mart 2020 09:40

ABŞ-ın Kaliforniya ştatında 250 nəfərdən artıq insanın toplanmasını qadağan ediblər.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda ştatın qubernatoru Qevin Nyusom bəyan edib.

“Bizim hər birimizin koronavirusun yayılmasınının qarşısını almaq üçün böyük gücü var. Böyük toplantılardan imtina onlarla həyatı xilas edə bilər”, – deyə qubernator əlavə edib.

Gununsesi.org