
Kaliforniyada məktəbdə silahlı insident nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, daha 4 nəfər yaralanıb.
Şerif müavini Fil Constonun sözlərinə görə, xəsarət alanlardan üçü uşaqdır.
F.Conston bildirib ki, cinayətkar hədəfləri təsadüfi seçib. Polis tərəfindən öldürülən həmin şəxsin üzərinə 1 avtomat silah və 2 tapança olub. Hücumun motivləri məlum deyil.
Gununsesi.info