Daha bir komanda Dünya Çempionatına vəsiqə qazandı

  • By admin
  • 15 Noyabr 2017 08:20

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, köhnə qitədən mundiala yollanan sonuncu komandanın bəlli olduğu oyunda Danimarka ilə İrlandiya üz-üzə gəlib.

Danimarkada keçirilmiş ilk qarşılaşmadan tərəflər qolsuz bərabərliklə ayrılmışdılar. İkinci oyun isə gözlənilməz nəticə ilə başa çatıb.

Hesabı meydan sahibləri açsa da, sonradan toparlanan qonaqlar 5 qol vuraraq mundiala vəsiqəni darmadağınla qazanıblar.

DÇ-2018, pley-off oyunları

Avropa zonası, cavab qarşılaşması

14 noyabr

İrlandiya – Danimarka – 1:5

Qollar: Daffi, 6 – Kristensen, 29, Eriksen, 32, 63, 74, Bentner, 90 (pen.)

İlk oyun – 0:0

Gununsesi.info