Kambocada oteldə yanğın oldu: 16 ölü, 50 yaralı

  • By admin
  • 29 Dekabr 2022 17:14

Kambocada oteldə dəhşətli yanğın olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, qumarxanada yaranan yanğın zamanı 16 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

 

Kamboca hüquq-mühafizə orqanlarının açıqlamasına görə, Tailanla sərhəddə çıxan yanğın Poipet şəhərində yaşanıb. Gecə saatlarında yaranan yanğında otel işçiləri və binada əlacsız qalan 16 nəfər birlikdə can veriblər. Hadisə yerinə təcili yardım işçiləri, xilasetmə qrupları və digər dövlət qurumları cəlb edilib.

Ölənlərin sayının artacağından ehtiyat edilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info