“Kanal 13”-ün rəhbəri təhdid edilib

  • By admin
  • 08 İyul 2022 22:00

Azərbaycanın internet televiziyaları arasında ən çox tamaşaçı auditoriyası olan “Kanal 13”-ün rəhbəri Əziz Orucov  paytaxtın mərkəzi küçələrinin birində naməlum şəxsin təhdidi ilə üzləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist özünün sosial şəbəkə hesabında yazıb:

Həmkarımızın həmin qeydlərini təqdim edirik:

Dünən saat 19:00 -19:30 radələrində ailəlikcə şəhərə çıxdıq. Sahil Bağına təzəcə çatmışdıq ki, bizə hündür boylu, 30-35 yaşlarında bir nəfər yaxınlaşdı və əvvəlcə uşağı öpürmüş kimi davrandı daha sonra mənə tərəf çöndü, adamı əvvəllər də sanki müxtəlif yerlərdə dəfələrlə görmüşəm ama xatırlaya bilmədim. Mənə baxaraq soruşdu:
-MƏNİ TANIDIN?
– YOX TANIMADIM, AMMA TANIŞ GƏLİRSƏN
-MƏN SƏNİ YAXŞI TANIYIRAM AMMA…
-BƏS SƏN KİMSƏN?
-BU UŞAQ OLMASA BİLƏRDİN
-ANLAMADIM
-HƏR ŞEY QURBAN UŞAĞA
-ALLAH SƏNİN DƏ BALALARINI QORUSUN
-MƏN ALLAH ZAD TANIMIRAM…
Ardınca Allahı təhqir edib mənə isə XƏBƏRDARLIQ etdi!
-BİR DƏ BELƏ ELƏSƏNİZ BİLİRSƏN NƏ OLACAQ!
Bunu deyib çıxıb getdi.
Bu adamın sifəti çox tanış gəldi ama bunu ancaq küçədə, yolda gördüyümü düşünürəm.
Mənim indiyədək kimsəylə şəxsi münasibət zəminində belə problemim olmayın. Bu adamı göndərən, tapşırıq verən, öyrədən kimdir bilmirəm, bildiyim odur ki, İCTİMAİ YERDƏ, PARKIN ORTASINDA, GÜNÜN GÜN ORTASINDA, MƏNİ TƏHDİD ELƏTDİRİRLƏR!
Bu hadisə daha əvvəl olsaydı boş verərdim, amma Tofig Yagublu -ya, Bakhtiyar Hajiyev -ə, Ayten Memmedova -ya qarşı törədilən cinayət hadisələrinin davamı olduğunu düşünürəm!
Məsələ ilə bağlı “BİR DƏ BELƏ ETSƏNİZ BİLİRSƏN NƏ OLACAQ” deyərək məni təhdid edən şəxsin kim və ya hansı orqan tərəfindən göndərilməsi hələ də cəmiyyətimizdə kriminal ünsürlərin “hünər” – indən xəbər verir! Tapılacağına və kimliyinin araşdırılacağına zərrə qədər inamım olmasa da bunu yazmaqla CƏMİYYƏTİMİZİ məlumatlandırmaq istədim!
P. S. MƏNƏ AĞIL VERMƏYƏ QALXIŞAN ADAMLAR, MƏN ÖZ İRADƏMLƏ XALQIMIN, HÜQUQU POZULANIN, MƏZLUMUN, HAQQIN YANINDAYAM! BÜTÜN ENERJİMİ İSƏ ÖLKƏMİZİN DEMOKRATİKLƏŞMƏSİNƏ, XARİCDƏ OLAN VƏ HƏSƏD APARDIĞIMIZ MÜHİTİN ÖLKƏMİZDƏ QURULMASINA, AZƏRBAYCANIMIZIN SABAHININ BU GÜNÜNDƏN DAHA YAXŞI OLMASINA, GƏLƏCƏYİMİZİN FİRAVAN OLMASINA HƏSR ETMİŞƏM!!! QISA OLARAQ BİLİN Kİ, NƏ ETMİŞƏMSƏ DÜZ ETDİYİMİ DÜŞÜNÜRƏM İNDİYƏDƏK, İNDƏN SONRADA DAVAM EDƏCƏM! HƏR HALDA BU VƏTƏNİ CANINDAN ÇOX SEVMƏYƏ DƏYƏR! VƏ SEVƏNLƏRİ DƏ VAR!
P.S.S. Əminliklə deyə bilərəm ki, Hacı Məmmədovun əməllərini bu gün də kimlərsə davam etdirir!

Afət

Gununsesi.info