Kanalda batan şəxsin meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 12 İyun 2026 20:13

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının Kürdəmir rayonunun Ərəb Qubalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Gununsesi.info-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Gununsesi.info