Karantin postundan yoxlanılmadan keçdilər - "Biz beləyik, SMS-icazə götürməmiş gəzirik" / VİDEO

  • By admin
  • 26 İyun 2020 22:16

Sosial şəbəkələrdə yayılan daha bir video müzakirələrə səbəb olub.

Gununsesi.org xəbər verir ki, maşında əyləşən xanımların karantin rejimi ilə əlaqədar qurulan postdan yoxlanış olmadan keçmələrini lentə alması və bunu fəxrlə təqdim etmələri birmənalı qarşılanmayıb.

Maşında əyləşən qadınlardan birinin “İranə bizə dedi ki, problem yaranmayacaq. Biz beləyik, SMS-icazə götürməmiş postdan keçirik” deməsi sosial şəbəkədə etirazla qarşılanıb.

 

 

Gununsesi.org