Karantin rejimini pozan şəxslər cəzalandırıldı

  • Müəllif: admin
  • 24 İyul 2020 14:10

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq, Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Gununsesi.org-a verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən, sərnişinləri – M.Quliyev və İ.Heydərovla birgə saxlanılıb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq olunub.

Gununsesi.org