Karateçilərmiz Qran-Pri turnirində daha dörd medal qazandılar

  • By admin
  • 20 Mart 2022 09:09

Xorvatiyanın Samobor şəhərində keçirilən 30-cu Qran-Pri turnirində karateçilərimiz daha dörd medal qazanıblar.

Gununsesi.info xəbər verir ki, Ayla Rzazadə (61 kq), Xumar Əlibəyova (50 kq), Fərid Savadov və Amin Yadigarlı (55 kq) turnirdə üçüncü yeri tutublar.

Qeyd edək ki, bundan əvvəl karateçilərimiz 4-ü qızıl, biri gümüş, biri bürünc olmaqla 6 medala sahib olublar.

Xatırladaq ki, Qran-Pri yarışında 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşlı gənclərdən ibarət komandalarımız iştirak edirlər.

Martın 20-dək davam edəcək turnirə 33 ölkədən 1769 idmançı qatılıb.

Gununsesi.info