Karles Puçdemon Belçika prokurorluğu ilə əməkdaşlıq etmək istəyir

  • Müəllif: admin
  • 04 Noyabr 2017 22:06

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Madridin onun həbsinə dair verdiyi beynəlxalq orderlə əlaqədar Belçika prokurorluğu ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə K.Puçdemon “Twitter” hesabında bildirib.

Qeyd edək ki, İspaniyanın Milli Məhkəmə Palatası Brüsseldə olan K.Puçdemon və Kataloniya hökumətinin 4 üzvünün həbsinə dair  beynəlxalq order vermək qərarına gəlib.

Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

Gununsesi.info