Sakit Okeanda zəlzələ baş verib

  • By admin
  • 04 Noyabr 2017 21:52

Sakit okeanda Tonqa dövlətinin sahillərində 5,6 bal gücündə zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.

Zəlzələ yerli vaxtla bu gün saat 4.24-də qeydə alınıb. Yeraltı təkanların episentri Xixifo yaşayış məntəqəsindən 95 km şimal-şərqdə yerləşib. Ocağı 10 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, bir müddət öncə adalrda daha güclü 6,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info