
16:45
Polislə toqquşma nəticəsində 38 nəfər katalon yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı Kataloniya Səhiyyə Nazirliyi yayıb.
Nazirlik xəsarət alanlardan 3-nün yarasının orta-ağır olduğunu bildirib. Yaralılar artıq xəstəxanaya yerləşdirilib.
***
İspan polisinin müdaxiləsi nəticəsində 460-dan çox insan yaralanıb.
Bunu Barselonanın bələdiyyə sədri Ada Kolau Tvitter hesabında yazıb.
“Barselona bələdiyyə sədri olaraq müdafiəsiz insanlara qarşı bu hücumun dayandırılmasını tələb edirəm”, – Kolau yazıb.
Gununsesi.info