FES-dən faiz açıqlaması: Dekabrda...

  • By admin
  • 01 Oktyabr 2017 19:29

fed_ucot05
Bu ilin dekabr ayında faizlərin yüksələcəyini gözləyirəm.

Gununsesi.info xəbər verir ki, bu sözləri FES-in Filadelfiya üzrə rəhbəri Patrik Harker “Blumberq” informasiya agentliyinə açıqlamasında deyib.

O, 2018-ci il üçün nəzərdə tutulan zəif inflyasiyaya baxmayaraq üç istiqamət üzrə faiz artımını proqnoz etdiyini də bildirib.

Harker dünya əmək bazarının hazırki vəziyyətini şərh edərkən ümumi göstəricilərin yüksək olduğunu da vurğulayıb. FES-in 4.5 trilyon dollarlıq büdcəsini azaltmağa başlayacağı üçün hazırda faiz artımı məsələsində tərəddüd etməsini təbii qarşılayan Harker, bu balanskiçiltmə prosesinin bir neçə ilə başa gələ biləcəyini iddia edib.

 

Gununsesi.info