Kayahanın həyat yoldaşı yeni sevgilisiylə nişanlandı - FOTOLAR

  • Müəllif: admin
  • 18 Dekabr 2017 10:48
Mərhum müğənni Kayahanın həyat yoldaşı İpek Açar sevgilisi Alper Kömürcü ilə birlikdə konsert verib. 
Gununsesi.info-nun axşam.az-a istinadən məlumatına görə, sevgilisi konsertdə İpeyi kamanla müşayiət edib. Cütlüyün barmağındakı nişan üzükləri diqqətdən qaçmayıb. İ.Açar toyla bağlı suallara belə cavab verib:
“Xoşbəxtik. Hamıya xoş diləklərinə görə təşəkkür edirəm. Belə şeylər qismət işidir. Alah qismət etsə, o da olacaq”.
Qeyd edək ki, Kayahanın mahnılarını səsləndirən İpeyi dinləməyə gələnlər arasında müğənninin ilk evliliyindən olan qızı Beste Açar da olub. Bir vaxtlar miras üstündə dava-dalaş edən İpeklə Bəstə pis günləri geridə qoyduqlarını deyiblər.



Gununsesi.info