Bakı Fond Birjasının dövriyyəsi 2 dəfə artıb

  • Müəllif: admin
  • 18 Dekabr 2017 10:54

Bu ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11,634 mlrd. manat təşkill edib.

Gununsesi.info BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 82,4% artaraq 79 996-ya çatıb.

BFB-nin dövriyyəsinin 44,3%-i və yaxud 5,158 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Bu, bir il əvvələ nisbətən 25% çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,25 dəfə artaraq 4,967 mlrd. manata, səhm bazarı üzrə əqdlərin dəyəri 6 dəfə artaraq 0,704 mlrd. manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 2,9 dəfə artaraq 0,788 mlrd. manata, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 8,2 dəfə artaraq 0,17 mlrd. manata çatıb.

Gununsesi.info