“Kayrat”ı Bakıdan aparan təyyarə qəzaya uğradı

  • By admin
  • 22 Oktyabr 2021 10:38

Qazaxıstanın “Kayrat” komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.

Fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. “FlyJet” aviaşirkətinə məxsus təyyarə “Renault” avtomobili ilə toqquşub.

Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.

Qeyd edək ki, oktyabrın 21-də “Kayrat” Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında “Qarabağ”ın qonağı olub. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb

Gununsesi.info