Keçmiş ANS-çi niyə özünü asıb? - CİNAYƏT İŞİ AÇILDI

  • Müəllif: admin
  • 01 Mart 2019 11:04

 

Fevralın 22-də itkin düşən montajçı Pərviz Quliyevin meyitinin fevralın 27-də Sumqayıt şəhərində asılmış vəziyyətdə tapılması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. 

Gununsesi.org-un verdiyi xəbərə görə, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Qeyd edək ki, Pərviz Quliyev ANS televiziyasında çalışıb.

Gununsesi.org