Keçmiş icra başçısına yeni vəzifə verilir

  • By admin
  • 04 İyul 2016 11:06

mub1

Bir müddət öncə Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılan Mübariz Ağayev  yeni vəzifəyə gətirilir. Bu barədə Gununsesi.infoya Mübariz Ağayevə yaxın mənbələrdən məlumat verilib. Mənbə deyib ki, Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyi tabeçiliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətiə sədr gətirilir. Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Qərara görə, nazirlyin tərkibində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Mənbənin sözlərinə görə, Mübariz Ağayevin bu vəzifəyə gətirilməsində nəqliyyat naziri Ziya Məmmədov və kənd təsərrüfatı naziri Heydər Əsədovun müstəsna rolu olub. Belə ki, M. Ağayev Z.Məmmədovun komandasında ona ən etibarlı kadrlardan biri hesab olunur. Göyçay rayonu Z. Məmmədovun “kurasiya”sından alınandan sonra onun maraqlarını təmin etmək üçün belə bir addım atılıb. Xatırladaq ki, Kənd təsərrüfatı naziri H.Əsədovun da Z.Məmmədovla qohumluq əlaqəsini nəzərə alsaq, o zaman burada təəccüb doğuracaq bir məsələ yoxdur. Heydər Əsədov Ziya Məmmədovun oğlu Anarın qaynatasıdr. Bu yolla iki quda ölkənin kənd təsərrüfatı sahəsində yeni monopoliyanı həyata keçirməyi planlayırlar.

Gununsesi.info