Keçmiş müstəntiqin 4 milyonluq dələduzluq cinayəti - ABŞ-a QAÇDI

  • By admin
  • 07 Noyabr 2021 20:56

Binəqədi Rayon Polis İdarəsinin sabiq müstəntiqi Sadiq Həsənov 4 milyon 100 min manatlıq dələduzluq cinayətində ittiham olunur.

Bu barədə Gununsesi.info hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir.

Məlumata görə, Sadiq Həsənov bu pulları müxtəlif şəxslərdən, o cümləsən polis orqanlarındakı həmkarlarından biznes adı ilə alıb.

Onun dələdzuluq əməlinin üstünü isə pul verdiyi həmkarlarından biri açıb.

İfşa olunmaq təhlükəsini görən Sadiq Həsənov Amerikaya qaçıb.

Keçmiş müstəntiqin əməlləri barəsində geniş materialı Gununsesi.info təqdim edəcək.

Gununsesi.info