Keçmiş nazir Fəzail Ağamalının müavini oldu

  • By admin
  • 28 Noyabr 2019 15:07

Keçmiş maliyyə naziri Fikrət Yusifov Ana Vətən Partiyası (AVP) sədrinin müavini təyin edilib. Bu barədə Gununsesi.org partiyanın mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda deyilir ki, Fikrət Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini postunu tutub.

Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də anadan olb. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi, 1978-ci ildə Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnustutunu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmiş, hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib.

Nazirliyin büdcə idarəsində baş iqtisadçı, şöbə müdiri vəzifəsində çalışıb. 1987-ci ildə Moskva şəhərində “Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ildən – 1992-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlayıb, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib, Maliyyə-iqtisad fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləyib.

2001-ci ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə edib və 2004-2013-cü illərdə həmin universitetdə professor vəzifəsində çalışıb.

2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir.

Gununsesi.org