Kenquru ətinin yeyilməsinə icazə verildi

  • By admin
  • 12 Sentyabr 2017 14:30

kenguru

Kenquru Avstraliyada hamının sevdiyi ən sevimli heyvandı və qitənin rəmzi hesab edilir. Bu heyvanlar Avstraliyadan başqa dünyanın heç bir yerində yaşamır. Avstraliyada kenquruların sayı insanların sayından çoxdur.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Avstraliyada kenquruların sayı 50 milyondur.
Belə ki, mütəxəssislər isə kenquruları ovlamaq barədə çağırış ediblər. 2010-cu ildə Avstraliyada kenquruların sayı 27 milyon olduğu halda, 2017-ci ildə kenquruların sayı sürətlə artaraq 50 milyona çatıb.

Mütəxəssislər hesab edirlər ki, bu artım tarazlanmadığı təqdirdə, ekoloji tarazlıq pozula bilər. Bu səbəbdən də müətəxəssislər kenquruların ovlanaraq yeyilməsini məsləhət görürlər.

Qeyd edək ki, kenquru ətinin yeyilməsi İslamda haram sayılmır. Şəriətə görə, camış əti, kenquri əti islam qaydalarına uyğun kəsildikdə yemək mümkündür.

Anar
Gununsesi.info